"Qarabağ" qapıçı transfer edə bilmədi – son 6 saat...
02.02.2023 - 17:23
"Qarabağ" qapıçı transfer edə bilmədi – son 6 saat...

"Qarabağ" bu qış transfer pəncərəsində heyətinə yeni qapıçı cəlb edə bilməyib.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi bir neçə qolkiperlə danışıqlar aparsa da, tərəflər arasında razılıq əldə olunmayıb. Saytımıza daxil olan xəbərə görə, bu gün ərzində də transferin həyata keçiriləcəyi ehtimalı yoxdur. 

Bu səbəbdən əsas qapıçı Şahruddin Məhhəmədəliyevin yoxluğunda qapını ya Luka Quqeşvili, ya da Amin Ramazanov qoruyacaq. Bundan başqa, əvəzedici heyətdən bir qapıçı əsas komandaya cəlb olunacaq. Çünki mövcud qaydalara əsasən, Konfrans Liqasında "Gent"lə (Belçika) oyunlara görə UEFA-ya iki deyil, üç qapıçı sifariş olunmalıdır. 

"Qarabağ" da daxil olmaqla avrokuboklarda mübarizəni davam etdirən bütün iştirakçılar bu gün saat 23:59-dək sifariş ərizəsini UEFA-ya göndərməlidir (qol.az).

Qeyd edək ki, daha əvvəl komandanın baş məşqçisi Qurban Qurbanov yeni qapıçı transfer etməyə çalışdıqlarını, fevralın 2-dək danışıqlar aparacaqlarını bildirmişdi. 

Ağdam təmsilçisi bu qış transfer pəncərəsində heyətinə üç futbolçu qatıb. "Qarabağ" hücumçu Redon Cica, yarımmüdafiəçilər Adama Diakabi və Yassin Benzianı sıralarına cəlb edib.

0