“Qarabağ” qitənin ən güclü 74-cü komandasıdır
03.10.2023 - 16:04
“Qarabağ” qitənin ən güclü 74-cü komandasıdır

Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.

Apasport.az saytı xəbər verir ki, siyahıda qitənin 415 ən güclü klubu yer alıb.

Siyahıda Azərbaycanı 4 komanda təmsil edir. “Qarabağ” 220 xalla qitənin 74-cüsüdür. Qurban Qurbanovun yetirmələri hesabat dövründə aktivini 14 xal zənginləşdirib. Təmsilçimiz cədvəldəki mövqeyini qoruyub.

27 xala malik “Neftçi”nin də yeri dəyişməz qalıb. Bakılılar 238-ci sırada qərarlaşıb.
 
5 addım geriləyən “Sabah” 20 xalla 266-cidır. 7 pilləlik geriləmə ilə üzləşən “Qəbələ” 5 xalla 375-cidir.
 
Qeyd edək ki, siyahıya 2191 xala malik “Real” başçılıq edir.

0