“Qarabağ” – “Sabah” matçının təyinatları açıqlanıb
30.05.2025 - 12:13
“Qarabağ” – “Sabah” matçının təyinatları açıqlanıb

Azərbaycan Kubokunda 2024/25 mövsümünün final oyununun təyinatları bəlli olub. 

Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ” – “Sabah” matçı İnqilab Məmmədova tapşırılıb. 

Azərbaycan Kuboku, final

31 may (şənbə)

19:00. “Qarabağ” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Fərid Hacıyev
Ehtiyat köməkçi hakim: Cəmil Quliyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu