"Qarabağ" - "Səbail" matçının biletləri satışa çıxarılıb
25.02.2025 - 17:17
"Qarabağ" - "Səbail" matçının biletləri satışa çıxarılıb

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Səbail" oyunun biletləri satışa çıxarılıb.

Apasport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.

Biletlər bu gün saat 12:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, "Qarabağ" - "Səbail" qarşılaşması 27 mart tarixində saat 16:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.