"Qarabağ" "Səbail"i qəbul edir - YENİLƏNİR
27.02.2025 - 09:17
"Qarabağ" "Səbail"i qəbul edir - YENİLƏNİR

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Apasport.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. “Qarabağ” “Səbail”i qəbul edəcək. Komandalar arasındakı ilk matçda Ağdam klubu qələbə qazanıb.

27 fevral

16:00 "Qarabağ" – "Səbail"
İlk oyun 1:0

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev

Tofiq Bəhramov adına Respublika stadionu