“Qarabağ” “Top-60”da: “Fiorentina”ya çatdı, “Qalatasaray”a bir addım qaldı
15.12.2023 - 14:33
“Qarabağ” “Top-60”da: “Fiorentina”ya çatdı, “Qalatasaray”a bir addım qaldı

Avrokubokların qrup mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az xəbər verir ki, Azərbaycanı “Top-100”də yalnız bir komanda ilə təmsil olunub.

Son ölkə çempionu “Qarabağ” Avropada 59-cu yerə şərikdir. Avropa Liqasının qrup mərhələsinin VI turunda “Hekken”ə 2:1 hesabı ilə qalib gələn Ağdam klubu aktivinə 4 xal yazaraq mövqeyini qoruyub.

Qurban Qurbanovun yetirmələrinin 31,000 xalı var. “Qarabağ” 59-60-cı yerləri “Fiorentina” ilə bölüşür.

İki həftə əvvəlki siyahı ilə müqayisədə təmsilçimiz 3 pillə irəliləyib. “Qarabağ” 58-ci yerdəki “Qalatasaray”dan yarım xal geri qalır.

Qeyd edək ki, siyahıya 141,000 xala malik “Mançester Siti” başçılıq edir.

0