"Qarabağ" transfer çalışmalarını davam etdirir.
Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisinin transfer siyahısına daxil olunan futbolçulardan biri Qazaxıstan milli komandasının üzvüdür. Qurban Qurbanovun diqqətini cəlb edən bu millinin aparıcı oyunçularından olan Maksim Samorodovdur. Azərbaycan qazaxıstanlı vingerin keçidini həll etməyə çalışır. Keçid bu yay baş tutmasa belə, "Qarabağ" Samorodovu ən pis halda qışda transfer etmək istəyəcək. Amma bu heç də asan olmayacaq. Məsələ burasındadır ki, Samorodovun xidmətində Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı klubları da maraqlıdır. Əldə etdiyimiz məlumata görə, 22 yaşlı futbolçunun özü də "Qarabağ"da oynamağa müsbət yanaşır.
22 yaşlı futbolçu hazırda "Aktobe"də oynayır. Onun bu klubla müqavilə müddəti 2024-cü il dekabrın 31-nə qədərdir. Maksim məhz bu klubun yetirməsidir.
- Azərbaycan Kuboku: Premyer Liqa klubları sensasiyaya imkan vermədi- YENİLƏNİB
- Rüfət Quliyev: "Albaniya klubunun mənə borcu var" - Müsahibə
- "Şamaxı"nın legioneri: "Hakim VAR-a baxmağa getsəydi..." - Müsahibə
- “Turan Tovuz”un futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- Klozedən Mahir Emreli ilə bağlı açıqlama