"Qarabağ" UEFA Gənclər Liqasında növbəti matçını keçirəcək
25.11.2025 - 09:17
"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.
Apasport.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv İtaliyada "Napoli"nin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
V turun oyunu Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Matçı Çexiyadan olan hakim Dominik Starı idarə edəcək.
Qeyd edək ki, əvvəlki 4 qarşılaşmada uduzan "Qarabağ"ın U-19 komandası Liqa mərhələsində sonuncu - 36-cı pillədə qərarlaşıb. Meydan sahibləri 3 xalla 25-cidir.
0
0