"Qarabağ" yanvarda 3 oyun KEÇİRƏCƏK
08.01.2024 - 15:06
"Qarabağ" yanvarda 3 oyun KEÇİRƏCƏK

Qış məşq toplanışını davam etdirən "Qarabağ" yanvar ayında 3 oyuna çıxacaq.

Apasport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, 3 oyundan 1-i yoxlama, digər 2-i isə rəsmi matçlardır. 

Yoldaşlıq görüşü yanvarın 15-də "Zirə"yə qarşı keçiriləcək. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. 

Yanvarın 23-də komanda eyni arenada "Araz Naxçıvan"ı qəbul edəcək. Ağdam komandasının "Kəpəz"lə səfər matçının vaxtı (26-28 yanvar) isə dəqiqləşdirilməyib. 

Qeyd edək ki, son 2 matç Premyer Liqanın 19 və 20-ci turları çərçivəsində təşkil olunacaq.

 

0