“Qarabağ”da Aleksey İsayevdən sonra transferlər
08.01.2024 - 16:41
“Qarabağ”da Aleksey İsayevdən sonra transferlər

“Qarabağ” Aleksey İsayevdən sonra transferlərə davam edəcək.

Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi qış transferlərini sonlandırmaq istəmir.

Belə ki, Azərbaycan çempionu mərkəz müdafiəçisi və sağ vinger axtarışlarını davam etdirir. Qurban Qurbanov da bu iki mövqedə komandanın gücləndirilməsindən yanadır. Hazırda legioner futbolçularla danışıqlar davam etdirilir.

Bu qış hər iki mövqedə legioner transferinin reallaşdırılması gözlənilir.

0