"Qarabağ"ın legioneri Adama Diakabi komandada qalmayacaq.
Apasport.az saytına verilən məlumata görə, fransalının Ağdam klubundan ayrılığı böyük ehtimalla reallaşacaq. Onun artıq bir neçə klubla danışdığı və komandalardan biri ilə ilkin razılığa gəldiyi iddia edilir.
Adı Avropa Liqasının oyunları üçün sifariş ərizəsinə daxil edilməyən yarımmüdafiəçinin özü də komandadan ayrılmağa müsbət yanaşır. Klub onun azad agent kimi yeni komandasına qoşulmasına problem yaratmayacaq. Amma son anda yeni komandası ilə maddi məsələlərdə razılıq əldə edilməsə, Diakabi qışdan sonra da “Qarabağ”da qalmalı olacaq.
Qeyd edək ki, 27 yaşlı fransalı futbolçunun "Qarabağ"la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. O, bu ilin yanvarında Ağdam klubuna qoşulmuşdu.
- Azərbaycan Kuboku: "Qəbələ", "Şamaxı" və "Neftçi" 1/8 finalda - YENİLƏNİB
- "Futbolçularımız yaxşı təsir bağışladılar"
- Millimiz hazırlığın son mərhələsini Bakıda davam etdirir
- Saşa İliç: "Növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik"
- ÇL: "Qarabağ" - "Çelsi" oyununun biletləri satışa çıxarılıb