"Qarabağ"da bəzi futbolçulara istirahət verilib
16.05.2024 - 21:49
"Qarabağ"da bəzi futbolçulara istirahət verilib

“Qarabağ”ın bəzi futbolçularına istirahət verilib.

Apasport.az saytına verilən məlumata görə, Ağdam klubunun aparıcı və milli komandada oynayan oyunçularına istirahət üçün zaman tanınıb.

Onlar arasında Toral Bayramov, Elvin Cəfərquliyev, Marko Veşoviç, Marko Yankoviç, Yassin Benzia da var.

Belə ki, mövsüm ərzində həm klubda, həm də millidə oynayaraq yüklənən futbolçuların istirahətə daha çox ehtiyacı olduğundan komandanın baş məşqçisi Qurban Qurbanov bu addımı atıb. İstirahət maksimum 1 həftəlik olub.

Həm klubda, həm də millidə oynayan oyunçuların “Turan Tovuz”la görüşdə meydana çıxacaqları gözlənilmir.

0