
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş" (Macarıstan) - “Qarabağ” matçını “Ferentsvaroş Stadion"da izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər sabah saat 12:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq.
Apasport.az xəbər verir ki, azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun "Gate 4"də yerləşən E sektorunun qarşısında biletə dəyişməlidir. Biletlərin qiyməti Avrodur.
Azarkeşlər üçün "Ferentsvaroş Stadion"da 1106 yer ayırılıb. Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən xahiş olunur ki, şəxsiyyətinizi təsdiq edən sənəd üzərinizdə olsun. Vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq.
Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" oyunu avqustun 19-u saat 23:00-da (Bakı vaxtı ilə) start götürəcək.