“Qarabağ”ın təklif göndərdiyi hücumçulardan birinin kimliyi üzə çıxıb.
Apasport.az saytının məlumatına görə, son Azərbaycan çempionu “Ferenetsvaroş”dan Marginyosun xidmətində maraqlıdır.
Macarıstan klubunun heyətində Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı hər iki oyunda meydana çıxmış və qol pası vermiş braziliyalı Qurban Qurbanovun diqqətini öz üzərinə çəkməyi bacarıb.
“Sambaçı”nın yaşının az olması (23) təcrübəli baş məşqçinin ona marağının artmasının əsas səbəblərindən biridir.
“Atletiko Mineyro”nun yetirməsi 2016-2022-ci ilədək bu kluba məxsus olub.
Yerli A Seriyası klubu onu öncə “Çapaçense”yə, ardınca “Botev”ə (Bolqarıstan) icarəyə verib. Cənubi amerikalı qolçu 2022-ci ildən Budapeşt təmsilçisinin şərəfini qoruyur (sportinfo.az).
- AFFA "Turan Tovuz"un UEFA Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqləyib
- Meydanın haqqı masa arxasında silinir: “Turan Tovuz” ədalət axtarır
- İçərişəhərdə futbol meydançasının açılışı oldu - VİDEO
- “Turan Tovuz” avrokuboklardan kənarlaşdırıldı! - RƏSMİ BƏYANAT
- Uğurcan Çakırın ardınca Koxalski: ÇL-da "Qarabağ" izləri