"Qarabağ"ı məğlubedilməz komanda hesab etmirəm" - Tyaqo Silva
01.04.2024 - 20:35
"Qarabağ"ı məğlubedilməz komanda hesab etmirəm" - Tyaqo Silva

"Zirə"nin qolkiperi Tyaqo Silva Apasport.az saytına müsahibə verib. 

- "Zirə" son turda "Sabah"ı 1:0 məğlub etdi. Matç sizin üçün necə alındı? Şəxsən sənin özün üçün çətinlik var idi?

- Çempionatın bu mərhələsində asan oyunlar yoxdur, olmayacaq. "Sabah" çempionatımızın möhtəşəm komandalarından biridir. Bu, gərgin oyun idi, yaxşı oyun getdi və detallar həlledici rol oynadı. Qalib gəldiyimiz üçün çox şadıq. Amma bizə cəmi üç xal qazandırır. 

- "Zirə" "Sabah"ı məğlub edərək üçüncü pilləyə yüksəldi. Hazırkı mövqeyinizdən razısız, yoxsa ikinci olmaq istəyirsiz?

- Düzü, hazırkı mövqeyimiz bizi razı salmır.İkinci pilləni tutub, həm də kuboku qazanmaq istəyirik! Çətin olduğunu bilirik. Amma diqqətimizi çəkən və məqsədimiz budur! Hər şey mümkündür… 

- Ümumiyyətlə, komandalar arasında xal fərqi çox deyil. Bu, çempionatı daha da gərgin edir? Səncə, belə olması maraqlıdır?

Əlbəttə! Bu, sona qədər çox maraqlı çempionat olacağını göstərir. “Qarabağ” artıq çempionluğunu rəsmiləşdirsə də, avrokuboklar uğrunda gərgin mübarizə gedir. Rəqabət nə qədər çox olsa, Azərbaycan futbolu üçün o qədər yaxşıdır.

- Səncə, nəyə görə "Qarabağ" mövsümün sonuna 8 tur qalmış çempion oldu? Onlarla mübarizə apara biləcək digər klublar yoxdur? 

"Qarabağ"ı məğlubedilməz komanda hesab etmirəm. Buna sübut odur ki, onlara qarşı keçirdiyimiz 3 oyunda 1-də qalib gəldik. Birində isə minimal hesabla uduzduq. Hər oyunda biz qələbə üçün mübarizə aparırıq. “Qarabağ”la fərqimiz stabillikdədir. Hər oyunda rəqabətə davamlı olmağımıza imkan verən daha böyük heyətə sahibik. 

- "Zirə" ölkə kubokunda da mübarizəsini davam etdirir. "Qəbələ" ilə qarşılaşacaqsınız. Rəqibiniz turnir cədvəlində sonuncu pillədədir. Yəqin ki, onları məğlub etmək çətin olmayacaq? Özünüzü finalda görürsən?

Biz bunu istəyirik, finalda olmaq üçün çalışacağıq. Buna çox inanırıq. Məqsədimiz budur və oraya çatmaq üçün əlimizdən gələni edəcəyik! Amma “Qəbələ” ilə oyunun asan olacağını düşünə bilmərik. Məncə, “Qəbələ” komandasının keyfiyyətini turnir cədvəlindəki mövqeyi ilə ölçmək olmaz! Onların yaxşı komandası var. Oyunlar zamanı çoxlu qol imkanları yaradırlar. Biz ancaq əlimizdən gələni etsək, qalib gələ biləcəyik.

- Finala çıxası olsanız, hansı rəqiblə qarşılaşmaq istəyərdiniz? "Neftçi", yoxsa "Qarabağ"?

Hansısa tərcih etmək imkanım yoxdur. İstəmirəm də. Rəqib kim olursa olsun, finala çıxsaq, qalib gəlmək üçün mübarizə aparacağıq. Çünki final yaxşı oynamaq deyil, qələbə qazanmaq üçündür! Lakin hələlik diqqətimiz yarımfinala yönəltmişik. Qalib gəlsək, finala keçsək, daha sonra bu haqda düşünməyə vaxtımız olacaq.

- Maraqlıdır ki, ölkə çempionatında da növbəti rəqibiniz "Qəbələ"dir. Qısa müddətdə onlarla həm kubok, həm də çempionatda oynamağa necə fokuslanacaqsız? Hər üç görüşdə yəqin ki, qələbə qazanmaq əzmindəsiniz?

- Aydındır ki, eyni komandaya qarşı 3 oyun oynamaq sizi məğlubiyyətə daha çox məruz qoyur. Lakin biz mümkün qədər peşəkar olacağıq və 3 oyunun hamısını qalib gəlmək üçün oynayacağıq! İnanıram ki, 3 oyunun hamısında qalib gəlməyimiz mümkün olacaq! Sadəcə inanmaq və konsentrasiya olmaq lazımdır.

0