“Qarabağ”ın açıq məşqinin vaxtı açıqlandı
28.08.2023 - 15:50
“Qarabağ”ın açıq məşqinin vaxtı açıqlandı

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Olimpiya" matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.

Apasport.az saytının məlumatına görə, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı avqustun 30-u saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 18:30-da isə media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın açıq məşqi 20:00-da, mətbuat konfransı isə 21:20-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

Qeyd edək ki, “Qarabağ” – “Olimpiya” oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunun baş tutacaq.
 

0