"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, komanda Zell-Am-Seenin Kaprun bölgəsində 4 sınaq matçına çıxacaq.
İyulun 7-də keçiriləcək ilk görüşdə rəqib Xarkov “Metallist”i olacaq. Qarşılaşma yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 19:30-da) başlayacaq.
Dörd gün sonra “Qarabağ” “Tvente” ilə iki görüşə çıxacaq. Niderland təmsilçisi ilə oyunlar yerli vaxtla 15:00 və 17:15-də (Bakı vaxtı ilə 17:00 və 19:15-də) start götürəcək.
İyulun 15-də baş tutacaq toplanışın son matçı “Zalsburq”a qarşı olacaq. Görüş yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) başlayacaq.
Qarşılaşmaların hamısı Kaprun stadionunda baş tutacaq.
Qeyd edək ki, "Qarabağ" hazırlığa iyunun 18-də Bakıda start verib və iyulun 2-dən 16-dək Avstriyada təlim-məşq toplanışı keçirəcək.
- Bakıda “Formula 1” rekordu: XARİCİ QONAQLARIN SAYI 16 MİNİ KEÇDİ
- Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd olunub - FOTO
- Mahir Emreli azarkeşlərə səsləndi: “Gəlib bizi dəstəkləsinlər”
- “Qəbələ” iki yoxlama matçı keçirəcək - RƏSMİ
- Vüsal İsgəndərli: "Biz də istəyirik ki, qol vuraq, amma..."