"Qarabağ"ın daha bir rəqibi müəyyənləşib
23.12.2024 - 14:14

“Qarabağ”ın qış təlim-məşq toplanışında qarşılaşacağı daha bir rəqibin adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi yanvarın 12-də "Zirə" ilə qarşılaşacaq.
"Köhlən atlar" 2024/2025 mövsümünün ikinci yarısına hazırlığı Bakıda keçirəcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 2025-ci ilin yanvarın 3-də bir araya gələcək. Klubun hazırlıq prosesi “Azersun Arena”dakı təlim-məşq bazasında baş tutacaq.
Qeyd edək ki, yoxlama görüşündə "Qarabağ" ilk olaraq, yanvarın 9-da "Kəpəz"lə üz-üzə gələcək.
- Şahruddin Məhəmmədəliyev: "O zərbəni dəf etmək çox çətin idi"
- "Qarabağ"dan sıçrayış - 14 pillə irəliləyib
- “APA”, “Real TV”, “İctimai TV” və “Veteranlar” növbəti mərhələdə - FOTO
- Millimizin baş məşqçisi jurnalistlərin qarşısına çıxacaq
- Rəşad Eyyubov: “Eyni tempdə mübarizə aparmaqda sıxıntı yaşayırıq”
0
0