"Qarabağ"ın futbolçuları milli komandalarda
19.03.2025 - 11:37

"Qarabağ"ın futbolçuları U-17, U-19 və U-21 millisinə dəvət alıblar.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın 6 futbolçusu U-17, 5 futbolçusu U-19, 2 futbolçusu isə U-21 millisinə çağırılıb.
U-17: Əli Bəşirov, Fərid Cavadlı, Hüseyn Bayramov, Uğur Qurbanlı, Kənan İsmayılov, Riad Qaradağlı.
U-19: Rəşad Alışov, Elton Babazadə, Məsud Əlişanlı, Hikmət Cəbrayılzadə, Ömər Həsənli.
U-21: Nihat Mehralıyev, Qurban Səfərov.
0
0