“Qarabağ”ın futbolçusu 40-a çatdı
04.04.2026 - 14:11
“Qarabağ”ın futbolçusu 40-a çatdı

Kadi Borqes “Qarabağ”ın heyətində 40-cı qolunu vurub.

Apasport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Bizon Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Sabah”la qarşılaşmasında (2:2) dubl müəllifi olub.

O, bununla da Ağdam klubunda keçirdiyi 123-cü matçda qol sayını “40”a çatdırıb.

Cənubi amerikalı Premyer Liqada 24 (70 oyunda), Azərbaycan kubokunda 6 (14 oyunda), avrokuboklarda 10 (39 oyunda) qola imza atıb. Kadi “Qarabağ”ın tarixində 40 və daha çox qol vuran 18-ci futbolçudur.

Qeyd edək ki, Borqes “Qarabağ”da ilk qolunu 2021-ci il avqustun 12-də Konfrans Liqasının III təsnifat mərhələsinin AEL (Kipr) ilə ev oyununda vurub.