"Qarabağ"ın futbolçusu azyaşlı azarkeşi vurdu
09.10.2023 - 08:58
"Qarabağ"ın futbolçusu azyaşlı azarkeşi vurdu

Dünən Misli Premyer Liqasının IV turunun "Neftçi" - "Qarabağ" (0-2) matçından sonra insident yaşanıb. 

Apasport.az "Football-plus.az"-a istinadən xəbər verir ki, oyundan sonra Ağdam təmsilçisinin üzvü Elvin Cəfərquliyev papağını oğurlayan azyaşlı azarkeşi vurduğu üçün 24-cü polis bölməsinə aparılıb.

Məsələ ilə bağlı klubun mətbuat katibi Anar Hacıyev açıqlama verib:

"Əvvəlcə bildirim ki, Elvin sərbəst buraxılıb. O, hazırda evindədi. Oyundan sonra azarkeş və Elvin arasında insident yaşanıb. Bu səbəbdən də futbolçumuz polis bölməsinə aparılıb. Dindirildikdən sonra sərbəst buraxılıb".

0