"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında - FOTO
23.02.2024 - 13:31
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında - FOTO

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası bəlli olub. 

Apasport.az "Sofascore" nəşrinə istinadla xəbər verir ki, "11-liy"ə "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç də düşüb.

Monteneqrolu yarımmüdafiəçi Portuqaliya “Braqa”sına evdə 2:3 hesabı ilə uduzduqları oyunda 120 dəqiqə meydanda olub.

Qeyd edək ki, 2 oyunun yekununda Ağdam klubu 6:5 hesablı üstünlüklə 1/8 finala adlayıb. 

0