“Qarabağ”ın legioneri 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qaldı - VİDEO
27.03.2024 - 15:37
“Qarabağ”ın legioneri 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qaldı - VİDEO

“Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair millisinin heyətində növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, onun komandası “FIFA series - Edition 2024” layihəsi çərçivəsində keçirilən beynəlxalq turnirdə Cənubi Afrika Respublikası (CAR) ilə üz-üzə gəlib.

Qarşılaşma 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Meydana start heyətində daxil olan 30 yaşlı yarımmüdafiəçi 22-ci və 70-ci dəqiqələrdə qol vurub, 53-cü dəqiqədə isə məhsuldar ötürmə edib.

Görüş başa çatdıqdan sonra Əlcəzair televiziyasına müsahibə verən Y.Benzia heç-heçəni şərh edib: “Afrika Millətlər Kubokunu üçüncü yerdə başa vuran CAR seçməsi ilə matç əla alındı. Əsas odur ki, yenidən oyuna qayıda bildik. Yeni baş məşqçimiz Vladimir Petkoviçin rəhbərliyi altında yaxşı nəticə qazanmağa çalışacağıq. Əlcəzair xalqını xoşbəxt etmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Yassin Benzia martın 23-də Boliviyaya 3:2 hesabı ilə qalib gəldikləri matçda da fərqlənib.

0