
“Qarabağ”ın legioneri Adama Diakabi Bolqarıstanın “Levski”(Sofiya) klubunun maraq dairəsinə düşüb.
Apasport.az saytına verilən məlumata görə, Bolqarıstan nəhəngi onu yayda heyətinə qatmaq istəyib. Bu haqda hətta Bolqarıstan mətbuatı da iddia irəli sürüb.
Lakin saytımıza verilən məlumata görə, “Levski” fransalını transfer etməyəcək. Buna səbəb isə onun maaşıdır. Belə ki, Diakabinin maaşı ilə maraqlanan bolqarlar, onun yüksək olmasına görə fransalıdan vaz keçib.
2023-cü il yanvarın 13-də "Qarabağ"la müqavilə imzalayan 27 yaşlı futbolçu 2025-ci il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”