"Qarabağ"da daha bir ayrılıq yaşana bilər.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Pedro Bikalyo komandanı tərk etməyə yaxındır.
O, Avropa klublarının maraq dairəsindədir. Hələ qış transfer pəncərəsi dönəmindən futbolçu üçün Ağdam təmsilçisinə müraciətlər olunur.
Bunlardan biri də Yunanıstanın AEK klubudur. "Sarı-qaralar" yarımmüdafiəçinin transferini qışda reallaşdıra bilmədi.
Lakin Afina təmsilçisi Bikalyonun keçidində israrlıdır. Hazırda Yunanıstan çempionatında lider olan komanda Pedro üçün transfer məbləği ödəməyə də hazırdır.
AEK hazırda yay transfer pəncərəsi üçün büdcəni müəyyənləşdirir. Klub bundan sonra Bikalyo üçün rəsmi təklif irəli sürəcək.
Qeyd edək ki, orta xətt oyunçusunun "Qarabağ"la müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.
- Freddi Varqas yenidən “Neftçi”də – Futbolçu Bakıdadır
- “Neftçi” və “Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
- “Neftçi” Çempionlar Liqasına qələbə ilə başladı
- Yeni mövsümdə ilk böyük imtahan – “Neftçi”dən nə gözləyək?
- ÇSKA-ya UEFA-dan sərt cəza – "Qarabağ"la oyuna azarkeşsiz gələcəklər