“Qarabağ”ın oyununa mərc: “Qələbədən qaçmaq lazımdır”
29.06.2022 - 15:52
“Qarabağ”ın oyununa mərc: “Qələbədən qaçmaq lazımdır”

Bu gün klublar arasında keçiriləcək yoxlama görüşlərinə 2,58 əmsallıq kupon açıqlanıb.

Apasport.az saytının məlumatına görə, rumıniyalı mütəxəssislərin təqdim etdiyi kupon 2 oyundan ibarətdir.

Seçilən hər iki matçda Rumıniya təmsilçisi iştirak edəcək. Ekspertlər hesab edir ki, “Styaua”nın Moldova təmsilçisi “Sfintul George” ilə qarşılaşmasının ilk hissəsində minimum 2 qol qeydə alınacaq.

Onlar həmçinin Azərbaycan çempionu “Qarabağ”ın “Universitatya Krayova”ya qarşı Avstriyadakı son yoxlama matçına da proqnoz verib. Mütəxəssislər bu görüşdə konkret hansısa komandanın qələbəsinə mərc etməyi məsləhət görmür: “Çünki “Qarabağ” gün ərzində iki sınaq matçına çıxmalıdır. Adətən hansısa komanda eyni gündə iki görüş keçirəndə məşqçilər korpusu iki fərqli heyət və sistemi yoxlayır. “Qarabağ”ın “Universitatya Krayova” önünə hansı heyətlə çıxacağı məlum olmadığından, hansı komandanın qələbəsinə mərc etməkdən qaçmaq lazımdır. Ancaq 2 və daha çox qolu yoxlamaq olar”.

“Styaua” – “Sfintul George”: H/T – 1,5 ÜST
“Universitatya Krayova” – “Qarabağ”: 2-4 qol
 

0