"Qarabağ"ın sabiq futbolçusu debüt oyununda qol vurdu
02.02.2023 - 00:08
"Qarabağ"dan "Ferentsvaroş"a keçən Ovusu Kvabena Macarıstan çempionatında keçirdiyi ilk oyununda qol vurub.
Apasport.az xəbər verir ki, qanalı forvard IV turdan təxirə salınmış "Paks"a qarşı keçirilən səfər görüşündə komandasının ilk qoluna imza atıb.
65-ci dəqiqədə meydana daxil olan Ovusu 72-ci dəqiqədə hesabı bərabərləşdirən qol vurub. Matç isə "Ferentsvaroş"un 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 300 min avroya "Ferentsvaroş"a satılan Ovusu Kvabena yanvarın 31-də Budapeşt klubu ilə 2 illik müqavilə bağlayıb.
- Azərbaycan yığması Pakistanla qarşılaşacaq
- AFFA "Turan Tovuz"un UEFA Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqləyib
- Meydanın haqqı masa arxasında silinir: “Turan Tovuz” ədalət axtarır
- İçərişəhərdə futbol meydançasının açılışı oldu - VİDEO
- “Turan Tovuz” avrokuboklardan kənarlaşdırıldı! - RƏSMİ BƏYANAT
1
0