
Avropa Liqasının qrup mərhələsində “Olimpiakos”la qarşılaşacaq “Qarabağ”ın səfər proqramı müəyyənləşib.
Apasport.az saytı xəbər verir ki, Azərbaycan çempionu sabah Yunanıstana yollanacaq.
Komandanı aparacaq təyyarə saat 10:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək. Sabah Bakı vaxtı ilə saat 18:30-da ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 23:00-da isə matçın keçiriləcəyi “Georgios Karaiskakis” stadionunda komandanın məşqi reallaşacaq.
Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
- “Neftçi” - “Turan Tovuz” oyununda yanlış hakim qərarları - VİDEO
- "Qarabağ" üçün Juninyo məsələsi bağlandı: AĞDAM TƏMSİLÇİSİNİN GÖZÜ PORTUQALİYADA
- “Xankəndi” baş məşqçisi ilə yeni müqavilə imzalayıb
- “Sabah” beynəlxalq turnirdə ikinci olub
- "Sabah"ın baş məşqçisi: "Bizə mümkün rəqiblər arasında ən çətini düşdü"