MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
02.10.2026 - 10:31
MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi

Türkiyə Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu və daha 6 şübhəli məhkəməyə göndərilib.

Apasport.az xəbər verir ki, bu addım İstanbul Respublika Baş Prokurorluğunun qanunsuz mərc və idman cinayətləri ilə bağlı apardığı istintaq çərçivəsində atılıb.

İstintaq çərçivəsində saxlanılan Gündoğdu və digər 6 şübhəlinin polis bölməsindəki prosedurları tamamlanıb. Onlar sonrakı hüquqi prosedurların həyata keçirilməsi üçün ədliyyəyə aparılıblar.

Qeyd edək ki, daha əvvəl Ferhat Gündoğdunun rəqəmsal materiallarının araşdırılması zamanı FIFA referi köməkçisi Kerem Ersoyla söhbətinə aid olduğu bildirilən səs yazısı üzə çıxıb.