Qazaxıstan – Azərbaycan oyununun favoriti açıqlandı
03.06.2022 - 12:21
Qazaxıstan – Azərbaycan oyununun favoriti açıqlandı

Millətlər Liqasının ilk turunda keçiriləcək Qazaxıstan – Azərbaycan matçının favoriti bəlli olub.

Apasport.az saytının məlumatına görə, bukmekerlər Nur-Sultandakı görüşün əmsallarını açıqlayıb.

C liqasının 3-cü qrupunun qarşılaşmasında meydan sahibləri daha şanslı sayılır. Onların qələbəsinə 2,74 əmsalla pul qoyuluşu qəbul edilir.

Matçın heç-heçə bitməsinin əmsalı 3,04-dür. Azərbaycan yığmasının səfər qələbəsinə isə bukmekerlər 2,81 əmsalla qoyuluşlar qəbul edir.


Qeyd edək ki, Qazaxıstan – Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
 

0