“Qəbələ” daha bir futbolçusu ilə yollarını ayırıb
30.07.2025 - 21:27

“Qəbələ” Urfan İsmayılovla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Urfan “Qəbələ”də keçirdiyi 27 oyunda 1 qol vurub.
"Qəbələ" İsmayılova təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.
0
0