“Qəbələ” Yaponiya millisi ilə qarşılaşacaq - ÖZƏL
22.09.2026 - 19:24
“Qəbələ” Yaponiya millisi ilə qarşılaşacaq - ÖZƏL

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən səmərəli istifadə edəcək.

“Apasport”un əldə etdiyi məlumata görə, komanda iki yoxlama matçı keçirəcək.

“Qırmızı-qaralar” sentyabrın 27-də “Karvan-Yevlax”la qarşılaşacaq.

Bundan bir həftə sonra “Qəbələ” Yaponiyanın U-20 millisi ilə üz-üzə gələcək.

Hər iki görüş Qəbələ şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, Yaponiya yığması dünya çempionatına hazırlıq məqsədilə təlim-məşq toplanışını Qəbələdə keçirir.