“Qəbələ”də 4 İTKİ
06.04.2024 - 19:39
“Qəbələ”də 4 İTKİ

“Qəbələ” Misli Premyer Liqasının XXIX turunun “Zirə” ilə səfərdə keçiriləcək matçının hazırlıq prosesini başa vurub.

Apasport.az xəbər verir ki, “qırmızı-qaralar”ın 4 futbolçusu oyun öncəsi son məşqə qatılmayıb.

Hazırlıq prosesində Asif Məmmədov, Ülvi İsgəndərov, Ahmed Ayzaya və İlkin Qırtımov iştirak etməyiblər. Onlar sabah keçiriləcək qarşılaşmanı da buraxacaqlar.

Qeyd edək ki, aprelin 7-də Zirə İdman Kompleksinin stadionunda baş tutacaq “Zirə” - “Qəbələ” qarşılaşması saat 16:30-da başlayacaq.

0