“Qəbələ”dən minimalhesablı qələbə
27.07.2025 - 21:35
“Qəbələ”dən minimalhesablı qələbə

Yeni mövsümün hazırlığını davam etdirən "Qəbələ" bu gün yoxlama oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv "Sumqayıt"la üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma "qırmızı-qaralar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Domi Massumu vurub.