“Qəbələ”nin futbolçusu iki oyunluq cəzalanıb
16.12.2025 - 15:15
“Qəbələ”nin futbolçusu İbrahim Sanqare iki oyunluq cəzalanıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Futbolçu “Kəpəz”lə görüşdə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün qarşıdakı 2 matçı buraxacaq. “Qəbələ” klubu isə 1000 manat məbləğində cərimə edilib.
Həmin matçda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə klub 700 manat ziyana düşüb.
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB
- Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib - YENİLƏNİB - FOTO
- Dörd iddiaçı, bir çempion – Qızıl medallara kim daha yaxındır?
- Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
- “Kəpəz” “Turan Tovuz”un rekordunu yeniləyib
0
0