“Qəbələ”nin futbolçusu: ‘Qarabağ’ın ÇL-dəki qələbəsi məni ruhlandırdı”
24.09.2025 - 22:13
“Qəbələ”nin futbolçusu: ‘Qarabağ’ın ÇL-dəki qələbəsi məni ruhlandırdı”

“Qəbələ”nin müdafiəçisi İsaak Amoah Apasport.az saytına müsahibə verib.

- “Qəbələ" bu mövsüm çempionatda ilk qələbəsini qazandı. "Kəpəz"ə qarşı matç sizin üçün necə alındı?
- Həm komanda, həm də şəxsən mənim üçün çox yaxşı oyun oldu. Diqqətimizi cəmlədik, məşqçinin planına sadiq qaldıq və hər kəs nəticə üçün çox çalışdı. Mövsümün ilk qələbəsini əldə etmək inamımız üçün vacib idi. Mən xoşbəxtəm ki, azarkeşlərimizə bayram etmək üçün nəsə verə bildik.

- "Qəbələ"nin 5 turdan sonra cəmi 4 xalı var. Bu nəticə sizi razı salır, yoxsa necə?
- Təbii ki, biz həmişə daha çox xal qazanmaq istəyirik. Ona görə də qane olduğumuzu deyə bilmərik. Ancaq mövsüm uzundur və biz hər oyunu təkmilləşdiririk. Önəmli olan işləməyə davam etmək, pozitiv qalmaq və yaxşı çıxışları daha çox qələbəyə çevirməkdir.

- "Qəbələ"nin məqsədi Premyer Liqada qalmaqdır. Səncə, bunu bacaracaqsınız? Ümumiyyətlə, Premyer Liqada mübarizə aparmaq çətindir?
- Bəli, Premyer Liqada şübhəsiz qala biləcəyimizə inanıram. Rəqabət güclüdür və hər oyun əsl döyüşdür. Lakin biz məşqçimizə, komanda yoldaşlarıma və hər gün gördüyümüz işə güvənirik. Birlikdə və diqqətli olsaq, məqsədimizə çata bilərik.

- “Qəbələ" növbəti turda "Qarabağ"la qarşılaşacaq. Bu rəqiblə görüş sizi həyəcanlandırır? Bu matçda qələbə qazanmaq, ya xal qazanmaq mümkündür?
- Şübhəsiz ki, bunlar hər bir oyunçunun səbirsizliklə gözlədiyi oyunlardır. “Qarabağ” yüksək səviyyəli komandadır, amma futbol həmişə anlarla dolu və gərgin işdir. İntizam və inamla oynasaq, xallar üçün mübarizə apara bilərik.

- Ümumiyyətlə, "Qarabağ" haqda hansı fikirdəsən? Onlar Çempionlar Liqasında "Benfika"ya qalib gəldi. Sənin üçün gözlənilməz idi? Oyuna baxırdın?
- "Qarabağ" çox güclü, keyfiyyətli futbolçuları və böyük təcrübəsi olan klubdur. "Benfika"nı məğlub etmək təsirli idi, lakin tamamilə təəccüblü deyildi, çünki onlar daha əvvəl Avropada öz səviyyələrini göstəriblər. Oyunun bəzi hissələrini izlədim və Azərbaycan komandasının belə çıxışını görmək məni ruhlandırdı. Onları bu qələbə və qrup mərhələsində bunu bacaran ilk Azərbaycan komandası olmalarına görə təbrik edirəm.