“Qəbələ”nin qapıçısı əməliyyat olunacaq 
06.10.2023 - 21:08
“Qəbələ”nin qapıçısı əməliyyat olunacaq 

“Qəbələ”nin qapıçısı Kristof Atanqana əməliyyat olunacaq.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Dizindən zədələnən Kristof əməliyyat olunacaq. Qapıçı sabah İspaniyaya yollanacaq. O, oktyabrın 9-da müayinədən keçəcək. Bundan sonra əməliyyatın vaxtı müəyyənləşəcək.

Misli Premyer Liqasının IX turunun sabah “Səbail”ə qarşı keçiriləcək  oyununda “Qəbələ”nin daha üç üzvü iştirak etməyəcək. Gilad Abramov, Asif Məmmədov və Feras Abu Akal isə bərpa prosesini davam etdirirlər. 

Qeyd edək ki, zədədən sonra bərpa prosesini başa vuran Urfan Abbasov artıq komanda ilə məşqlərə qoşulub

0