“Qəbələ”yə 30 min avro
18.12.2023 - 15:23
“Qəbələ”yə 30 min avro

“Qəbələ”yə UEFA-dan ödəniş olub.

Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Bölgə təmsilçisinə UEFA Gənclər Liqasının 2023/2024-cü illər mövsümü üçün ödəniş olub. Turnirin ödəniş siyasətinə uyğun olaraq, UEFA tərəfindən ayrılan 30 min avro vəsait AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
 

0