Fransa yığmasının hücumçusu Antuan Qrizmann Belçika millisinin qapısını qoruyan Tibo Kurtuanın sözlərinə cavab verib. Apasport.az saytının GFFN-ə istinadən məlumatına görə, o, çempionluğa gedən yolda üstünlük verilən futbol tərzinin onun üçün bir önəm kəsb etmədiyini deyib.
“Deyəsən, Tibo Kurtua “Çelsi”nin “Barselona” kimi oynadığını düşünür. Hansı yolla olursa olsun, ikinci ulduzu formamıza taxmaq istəyirəm. Bu qədər” – deyə, Qrizmann bildirib.
Qeyd edək ki, Tibo Kurtua daha öncə Fransanın turnir boyunca müdafiə oyunu oynadığını, futbol adına Belçikanın finala çıxmağa daha layiq komanda olduğunu demişdi.
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub