Qurban Qurbanov: “Döyüşçü olmayan bu komandada yer ala bilməz”
17.05.2022 - 19:41
Qurban Qurbanov: “Döyüşçü olmayan bu komandada yer ala bilməz”

“Elə insanlar var ki, bizim bütün uğurlarımızda çox adam onları görmür. Bütün sıravi işçilərimizə təşəkkür edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubunun 9-cu Premyer Liqa çempionluğuna həsr olunan tədbirdə çıxış edən çalışdırıcı bu uğurlarda rəhbərliyin böyük rol oynadığını söyləyib: “Rəhbərliyə təşəkkür edirəm ki, bütün istəklərimizi yerinə yetirdi, uğurlarımızın təməlini qoydu. Futbolçularıma güvənərək, hər zaman döyüşçülərim demişəm. Çox istəyirəm ki, daha yaxşı döyüşçü, vətənpərvər olasınız. Heç vaxt heç bir bölgəmizi ayırmaq istəmirəm. Amma Qarabağın yeri başqadır. Döyüşçü olmayan şəxs bu komandada yer ala bilməz. Biz uduza, çempion olmaya bilərik, amma döyüşmək mütləqdir. Qarabağ bir dəyərdir. Dövlət başçısı tərəfindən bu komandaya diqqət tam fərqli olub. Ona görə də məsuliyyətsiz və istəksiz olmağa haqqımız yoxdur. Mən sizdən döyüşməyi tələb edəcəyəm”.
 

1