Qurban Qurbanov: "Hamı "Qarabağ"ın üzərinə gəlir" - MÜSAHİBƏ
05.08.2023 - 23:46
Qurban Qurbanov: "Hamı "Qarabağ"ın üzərinə gəlir" - MÜSAHİBƏ

 “Rəşadı və "Zirə"ni təbrik edirəm. Mövsümə çox yaxşı başladılar. Onlara uğurlar arzulayıram”.

Apasport.az-ın məlumatına görə, bunu “Zirə”yə 0:1 hesablı məğlubiyyətdən sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis mövsümün ilk turunda komandanın öz imkanlarından aşağı oynadığını qeyd edib. O, qarşıdakı matçlarda daha oynacaqlarını bildirib: “Məğlub olduq, düşünürəm ki, öz potensialımızdan çox aşağı oynadıq. Amma futbolçularımı başa düşürəm. Oyun təcrübəsi olmadıqda, formadan uzaq olurlar. İlk qarşılaşma göstərdi ki, çempionatda hər oyuna daha ciddi yanaşmalıyıq. Qarşıdakı görüşlərdə də rotasiyalara gedə bilərik. Çünki futbolçuların sağlamlığı da vacibdir. Maraqlı çempionat başladı. Növbəti turlarda daha yaxşı olmağa çalışacağıq.

- Məğlubiyyət toparlanmaq üçün təkan olacaq?
- Uduzduqda, xal itirdikdə, belə oyunların komanda və mənim üçün faydası daha çox olub. Məncə, hər şey qaydasına düşəcək. Çünkli yaxş kollektivimiz, yaxşı futbolçularımız var. Daha yaxşı oyun etməyə qadirik. İnanıram ki, get-gedə hər bir futbolçunu gələcəkdə tam potensialını üzə çıxara biləcəyik.

- Azarkeşlər sizi transfer etməyə səslədi. Buna münasibətiniz?
- Onlar azaddırlar. Futbol azarkeşlərə görə oynanılır. Bəzən onlar da emosiyalarnı saxlaya bilmirlər. Normal qarşılamaq lazımdır. Amma dəfələrlə bildirmişəm ki, sezonun ortasında belə, transfer işləri ilə məşğul oluruq. Lazım olduğu oyunçuları dəvət edirik. Əfsuslar olsun ki, bəzən alınır, bəzən yox. Bu il az transferlər etməmişik. Transfer danışıqlarımız gedir. Mənim çox maraqlı və döyüşkən futbolçularım var. Potensialımız bu deyil. Hamı bizim, "Qarabağ"ın üzərinə gəlir. Biz rəqiblərin üzərinə getməkdən çəkinməyəcəyik, həvəsdən düşməyəcəyik. Futbolçular bunu yaxşı dərk edirlər. Bu komandanın nə olduğunu bilirlər. İnanıram ki, qarşıda biz bunu bacaracağıq. Pis tərəfini düşünəndə... Bacarmasaq, nə cavab verim sizə... bacarmasaq, nə olacaq? Əminəm ki, futbolçularım döyüşkəndir, cəsurdur. Onlara güvənərək onlarla birlikdə inanıram ki, yaxşı futbol göstərməyə, yaxşı nəticə əldə etməyə gecə-gündüz çalışacağıq.

- Qarşıdakı avrokubok oyunu var və UEFA Bakadakı oyunları eyni günə salıb. Buna görə Tofiq Bəhramov az azarkeş gələ bilər?
- Bu amilin azarkeşlərə təsir edəcəyinə nanmıram. Hər komandanın öz azarkeşi var. Bakıda 4 milyondan çox adam var. Bu baximdan problem olmayacaq. Futbol tarixində ilk dəfədir ki, üç oyun eyni şəhərdə keçiriləcək. Maraqlı olacaq. Təki hamı uğurlu nəticə əldə etsin. Hər komandanın azarkeşləri bri-birinə qarışıb, təbrik etsinlər.

- UEFA-nın Azərbaycana münasibəti ikili standart kimi görünür....
- UEFA toxunulmaz qurumdur. Fikir bildirə bilmərik. Nizamnaməni tam bilmirəm.

- Dörd gündən sonra HİK oyunu var. Komandanı toparlamaq çətin olacaq?
- İnanmıram çətin olsun. Əksinə, mənə elə gəlir ki, daha rahat olacaq. Narazılıqlar "Rakuv"la ilk oyundan sonra da var idi. Bu günə kimi davam edir. İnsanlar üzərimizə gəlmir, fikirlərini bildirirlər. Biz elə yola çıxmışıq ki, belə hallar hazır olmalıyıq. Mən qarışıq, futbolçularım da xoşlayır ki, belə anda ayaqüstə duraq, məsuliyyətli olaq. Futbolçularım tam hazır olsunlar. Daha yaxı olacaq.

- Jurnalistlərə müsahibə verməklə bağlı futbolçulara hər hansı qadağa olacaq?
- Yox, deməmişəm. Siz də çox narahat etməyin. Onlar nə etmək lazım olduğunu bilirlər.

- HİK-i araşdıra bilmisiz?
- Sanki ikinci "Rakuv"dur. Sistem və oyun olaraq belədir. Bərk komandadır. Skandinaviya komandaları intizamlı oynamağı xoşlayırlar. "Rakuv" kimi müdafiə olunurlar, hücumda çox bənzər epizodlar var. Sabahdan futbolçulara rəqib barədə tapşırıqlar verəcəyik.

- HİK-in "Rakuv"a bənzəməsi sizi narahat etmir?
- Məni narahat etməyən komanda yoxdur. Hər rəqibin sürprizləri olur. Amma mən hər oyun, hər rəqibə qarşı istəmişəm ki, düşündüklərimizi yerinə yetirək. Yaxşı komandaya qarşı oynayacağıq. Çalışacağıq ki, daha yaxşı oyun göstərək

- Maksim Medvedevin zədəsi nə yerdədir? Onu HİK-lə matçda start heyətində görəcəyik?
- Məncə, zədə deyil. Əzələsində kramp var. Qarşıdakı günlərdə hər futbolçunun idman formasına baxacağıq. Rəqibi də analiz edib, heyət barədə düşünəcəyik.

- Marko Veşoviçin yoxluğunda problem yarana bilər? HİK-in də ən yaxşı hücumları o cinahdandır...
- Rəqibin harada təhlükəli zonaları, futbolçuları varsa, əlavə diqqət ayıracağıq. Futbolçulara bu barədə məlumat verəcəyik. Hansı oyunçu bizə təhlükə yaradarsa, ona diqqət ayıracağıq.

- Çempionatın daha maraqlı keçəcəyi görünür. "Qarabağ" üçün çətin olacaq?
- Bu gün belə nəticə qeydə alınıbsa, çempionatın maraqlı keçəcəyi gözlənilir. Hər rəqib keçən mövsümlə müqayisədə, daha iddialıdır. Güclü transferlər ediblər. Bunlara hazır olacağıq. Amma biz də pis deyilik. Daha ciddi və işgüzar olmalıyıq. Təki çempionat maraqlı olsun.

0