“Bəlkə də ən vacib üç xalı qazandıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
51 yaşlı mütəxəssis Misli Premyer Liqasının XIX turunun “Turan Tovuz”la görüşü barədə fikirlərini açıqlayıb. O, “CBC Sport”a açıqlamasında 3:2 hesablı qələbəyə şərh verib: “Komanda istədiyimiz kimi hazır deyil. Hazırlıqdan birbaşa bura gəlmişdik. Bakıya dönmədən Tovuza gəldiyimizdən bir az yorğunluq var idi. Gərgin matçda vacib üç xal qazandıq. Komandanı bir neçə tur sonra optimal vəziyyətə gətirəcəyik. Oyun bəsit epizodlarda dayanırdı. Bir aydan sonra rəsmi matça çıxdıq. Oyunçuların ustalıq səviyyəsini artırmaq və onlara güvənməliyik”.
Qeyd edək ki, “Qarabağ” 19 oyundan sonra 53 xalla çempionatın vahid lideridir.
- Azərbaycan yığması Pakistanla qarşılaşacaq
- AFFA "Turan Tovuz"un UEFA Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqləyib
- Meydanın haqqı masa arxasında silinir: “Turan Tovuz” ədalət axtarır
- İçərişəhərdə futbol meydançasının açılışı oldu - VİDEO
- “Turan Tovuz” avrokuboklardan kənarlaşdırıldı! - RƏSMİ BƏYANAT