Qurban Qurbanov: "Onun formasını qaytarmaq çox çətin olacaq"
13.01.2023 - 20:58
Qurban Qurbanov: "Onun formasını qaytarmaq çox çətin olacaq"

"Diakabi çoxdandır oynamır. İdman formasını qaytarmaq çox çətin olacaq. Oyun ritminə düşmək üçün vaxt lazımdır".

Apasport.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

O bu gün 2,5 illik müqaviləyə imza atmış Adama Diakabinin fiziki durumundan danışıb: "Ehtiyatlı olmalıyıq, tələssək, futbolçu "yana" bilər. Proqramlı şəkildə hazırlamağa çalışacağıq. Bacarıqlı futbolçudur. İnanıram ki, bizə çox faydası çox olacaq. Onu əvvəlki formasına qaytarmağa çalışacağıq".

Qurban Qurbanov son anda bir transferin alınmadığını söyləyib: "Aktiv şəkildə işləyirik. Bu yaxınlarda başqa transfer də olmalı idi. Son anda alınmadı. Ön xətt oyunçusu idi. İşlər davam edir. Son günədək çalışacağıq ki, heyətimizi gücləndirək".

0