Qurban Qurbanov: "Rəqibin də şansı böyükdür"
29.11.2023 - 12:21
Qurban Qurbanov: "Rəqibin də şansı böyükdür"

"Gözləntilərimiz yaxşı oyun və yaxşı nəticədir və alınacağına inanıram. Böyük ehtimalla rəqib də eyni fikirdədir, onların da şansı böyükdür"

Apasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

51 yaşlı mütəxəssis Avropa Liqasının sabah baş tutacaq "Molde"ilə səfər oyunu barədə jurnalistlərə açıqlama verib. Baş məşqçi komandanın Norveçdəki matça hazır olduğunu bildirib: "Hazırlığımız pis keçmədi, hər şey qaydasındadır. Dünən son məşqimizi etdik. Bir də oyun günü hazırlıq keçəcəyik. Qarşılaşma günü baş tutacaq məşqlə hazırlıq tam bitəcək. Məncə meydanda yaxşı və ciddi mübarizə gedəcək".

Qurbanov əvvəlki 2 oyundan fərqli bu dəfə rəqibin daha şanslı olduğunu da vurğulayıb: "Çox istərdik ki, əvvəlki oyunu tətbiq edək. Amma rəqibin evdə oynamağını nəzərə alaq. Onların meydançası süni örtüklüdür, azarkeş və başqa üstünlükləri var. Lakin biz yenə də çalışacağıq ki, maksimum öz düşündüyümüzdən, öz oyunumuzdan əl çəkməyək. Hər nə qədər bunu bacaracağıq, bunu oyunda bilərik".

Qeyd edək ki, noyabrın 30-da Norveçdə keçiriləcək "Molde" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var.
 

0