
"Mirça Rednikə qarşı oyunlarımız daha maraqlı olub".
Apasport.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının VII həftəsinin sabah baş tutacaq FKSB matçı öncəsi keçirilən mətbuat konfransında deyib:
"Dorinel Muntyanu, Adrian Mutu, Mirça Rednik, Laurentsi Regekampfa qarşı oynamaq mənim üçün xoş olub və hər biri böyük addır. Amma hansının daha güclü olduğunu deməyim düzgün çıxmaz. Mirça Rednikə qarşı oyunlarımız daha maraqlı olub. Amma hər birinin futbolda böyük imzası var. Onlara uğurlar arzulayıram".
Qeyd edək ki, Mirça Rednik 2010-2011-ci illərdə "Xəzər Lənkəran"ı çalışdırıb.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”