Qurban Qurbanova Gəncədə təşəkkür – VİDEO
04.02.2023 - 14:23
Qurban Qurbanova Gəncədə təşəkkür – VİDEO

Misli Premyer Liqasının XXI turunun “Kəpəz” – “Qarabağ” oyunundan əvvəl xüsusi mərasim təşkil olunub.

Apasport.az saytının məlumatına görə, hakimin start fitindən öncə Vətən müharibəsi zamanı ermənilərin Gəncəyə raket zərbəsindən zərər çəkmiş uşaqlar meydana daxil olub.

Onlar “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova gül dəstəsi təqdim ediblər. Uşaqlar bununla da 51 yaşlı mütəxəssisə təşəkkürlərini bildiriblər. Bir müddət əvvəl mütəxəssis həmin uşaqlara oyuncaq hədiyyə göndərib.

0