Karate üzrə beşqat dünya çempionumuz Rafael Ağayevin mərhum anası Ümnisə Ağayevanın adına Afrikanın Niger adlı ölkəsində bulaq açılıb.
Bu barədə apasport.az-a açıqlamasında idmançının özü deyib.
38 yaşlı idmançı Türkiyənin Yaşayan Ürəklər Təhsil və Həmrəylik Dərnəyi (Yaşayan Kalpler Eğitim ve Yardımlaşma Derneği) tərəfindən açılan bulaqdan danışıb:
"Belə bir şeyin olduğunu dostumuz, MMA idmançısı Tural Rəhimovdan öyrəndim. Onun vasitəsilə xeyriyyə niyyəti ilə müəyyən vəsait köçürdüm. Afrikanın Niger ölkəsində rəhmətlik anamın adına bulaq açıldı. Ordan hər içilən su damcısı onun ruhuna salavat sayılır".
Qeyd edək ki, Rafael Ağayev anası Ümnisə Ağayevanı 2021-ci ilin aprelində dünyasını dəyişib. O, xərçəng xəstəliyindən rəhmətə gedib.
Səbuhi Musa
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”