Rahil vətənə qayıdır: "Sabah" variantı
15.04.2024 - 22:02
Rahil vətənə qayıdır: "Sabah" variantı

Azərbaycan milli komandasının və “LKS Lodz”un üzvü Rahil Məmmədov yeni mövsümə fərqli komandada başlaya bilər.

Apasport.az saytına verilən məlumata görə, Məmmədovun xidmətində "Sabah" klubu maraqlıdır.

Belə ki, mövsümün sonunda Premyer Liqa klubu Rahili azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Əlavə edək ki, “LKS Lodz” birinci diviziona düşərsə, Rahilin müqaviləsi olsa da, oranı azad agent kimi tərk edə biləcək.

Futbolçu müqavilə zamanı Lodz klubu ilə belə bir razılıq əldə edib.

Qeyd edək ki, Rahilin komandası “LKS Lodz” hazırda turnir cədvəlində sonuncu pillədədir.

0