Ramil Bəxtiyara məğlub oldu
10.03.2024 - 23:51
Ramil Bəxtiyara məğlub oldu

Türkiyə 1-ci Liqasının 26-cı turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” Bəxtiyar Həsənalızadənin şərəfini qoruduğu “Tuzlaspor”u qonaq edib.

Görüş Bəxtiyarın komandasının 2:1 hesablı qələbəsi ilə nəticələnib. Həsənalızadə 90 dəqiqə meydanda olub. Şeydayev isə oyuna 84-cü dəqiqədə daxil olub.

Qeyd edək ki, “Kocaelispor” 45 xalla 3-cü, “Tuzlaspor” isə 27 xalla 14-cü pillədə yer alıb.

0