Yay hazırlıq proseslərini davam etdirən klublar yoldaşlıq oyunlarında qüvvələrini sınayırlar. Apasport.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Ramil Şeydayevin yenidən heyətinə qayıtdığı “Trabzonspor” da növbəti sınaq matçına çıxıb.
Qara dəniz təmsilçisi Xorvatiya klubu “Lokomotiv”lə qarşılaşıb. Qarşılaşma “Trabzonspor”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matça ehtiyat oyunçular skamyasında başlayan Ramil 67-ci dəqiqədə hesab 0:0 olarkən Yusuf Yazıcının yerinə oyuna daxil olub.
O, 75-ci dəqiqə matçın yeganə qoluna imza ataraq komandasına qələbə qazandırıb.
Qeyd edək ki, U-17 milli komandamızda çıxış etmiş Murat Cem Akpınar da bu görüşün iştirakçısı olub. O, görüşə start heyətində başlayıb və 53-cü dəqiqədə Cafer Tosunla əvəzlənib.
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub